Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxt sakinləri Ağdamın işğaldan azad edilməsinin sevincini yaşayır

Noyabrın 20-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamın işğaldan azad olunması müjdəsini verdikdən sonra paytaxtımızın sakinləri Şəhidlər xiyabanına, Bakının küçə və meydanlarına, parklarına axışaraq sevinc hisslərini bölüşüblər.

Yürüş iştirakçıları Vətən Müharibəsində şanlı zəfəri Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldırmaqla, üçrəngli bayrağımızı dalğalandırmaqla qeyd edir, qəhrəman Vətən ovlarının xatirəsinə hörmət və ehtiramlarını bildirirlər.

Bu gün əllərdə yenə yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları xalqlarımızın qardaşlığının əbədi olacağından soraq verir.

20 Noyabr 2020 16:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə