Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamın işğaldan azad edilməsi münasibəti ilə Bakıda Qələbə yürüşü keçirilir

Erməni işğalı altında olan Ağdam rayonunun azad edilməsi sevincini yaşayan vətəndaşlarımız hazırda Bakının bir neçə ərazisində avtoyürüş keçirir.

Günorta saatlarından etibarən əllərinə Azərbaycan, Türkiyə və Rusiya bayraqları olan sakinlər Nərimanov rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafından başlayaraq üzü şəhər istiqamətində yürüş ediblər.

Vətəndaşlar "Qarabağ bizimdir", "Ağdam azaddır" şüarlarını səsləndirirlər.

Başqa bir avtoyürüş isə Bakının Yasamal rayonunda Hüseyn Cavid bağı istiqamətində keçirilir.

Azərbaycan, Türkiyə və Rusiya bayraqları ilə bəzənmiş avtomobillər şəhərin bir sıra küçə və prospektlərindən keçərək Türkiyə və Rusiya səfirliklərinə doğru hərəkət edirlər.

20 Noyabr 2020 16:11 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə