• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya Senatının sədrinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib

İtaliya Senatının sədrinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Azərbaycanla İtaliya arasındakı münasibətlər və əməkdaşlıq yüksək səviyyədədir. Qarşılıqlı səfərlər və mövcud münasibətlər səmimi dostluğun bariz nümunəsidir. 
İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati bu fikirləri Azərbaycan Dillər Universitetində səsləndirib. 
İtaliya Senatının sədri Azərbaycan Dillər Universitetində Dünyada XVIII italyan dili həftəsi çərçivəsində keçirilən “İtalyan dili və şəbəkə, italyan dilinin şəbəkələri” mövzusunda seminarda iştirak edib. 
Universitetin rektoru, akademik Kamal Abdulla ali məktəbdə digər xarici dillərlə yanaşı, italyan dilinin də tədris olunduğunu deyib. Diqqətə çatdırıb ki, hazırda bu təhsil ocağında italyan dili kafedrası və mərkəzi fəaliyyət göstərir. Universitetin Elmi Şurasının qərarı ilə İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan-İtaliya arasında ictimai-siyasi, humanitar və elm sahəsində münasibətlərin, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindəki töhfələrinə görə bu ali təhsil ocağının fəxri doktoru adına layiq görülüb. 
Maria Elisabetta Alberti Kasellatiyə fəxri doktor diplomu və mantiya təqdim olunub. 
Sonra Kamal Abdulla özünün “Yarımçıq əlyazma” romanının italyan dilində nəşrini qonağa təqdim edib.
Maria Elisabetta Alberti Kasellati İtaliya Konstitusiyasının müxtəlif dillərə tərcümə olunan nəşrlərini Azərbaycan Dillər Universitetinə hədiyyə edib. Diqqətə çatdırıb ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, ölkələrimiz arasında münasibətlər səmimi dostluğun bariz nümunəsidir. 
Universitetin tələbəsi “Amiamo l'Italia” mahnısını səsləndirib.
Sonda Maria Elisabetta Alberti Kasellati fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. 

AZƏRTAC

20 Oktyabr 2018 01:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin