Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 450 Bakı şəhəri, 19 noyabr 2020-ci il

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qa­nununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilakti­ka və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respub­likasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiya­sının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alın­ması məqsədilə Azərbaycan Respublika­sının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00- dək uzadılsın.

2. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin mətnində “1 dekabr” sözləri “28 dekabr” sözləri ilə əvəz edilsin;

2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.15. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;”;

2.3. 1.2.5-ci yarımbənd ləğv edilsin;

2.4. 1.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.1.16-cı yarımbənd əlavə edilsin:

“1.1.16. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5 dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat 00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21 dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılma­sı.”;

2.5. 1.3-cü bənddə “23 noyabr” sözləri “7 dekabr” sözləri ilə əvəz olunsun və həmin bəndə “bu Qərarın” sözlərindən sonra “2 nömrəli” sözləri əlavə edilsin;

2.6. həmin Qərarın əlavəsində “əlavə” sözü “2 nömrəli əlavə” sözləri ilə əvəz edilsin.

3. Bu Qərar 2020-ci il 21 noyabr saat 00:00-dan qüvvəyə minir.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə