• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Respublikamızda ictimai-siyasi sabitlik yüksək səviyyədə təmin olunur

Respublikamızda ictimai-siyasi sabitlik yüksək səviyyədə təmin olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Azərbaycan dövlətinin xarici siyasəti Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışı kontekstində” mövzusunda tədbir keçirilib. 
Dövlət himni səslən-dirildikdən sonra UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev universitetin müəllim və tələbə kollektivinin iştirak etdiyi tədbiri açaraq, mövzunun böyük əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, Prezidentin rəhbərliyi ilə aparılan xarici siyasətin mahiyyətinin əhaliyə dolğun çatdırılması vacibdir. O.Rzayev növbəti belə bir görüşü universitetin Zaqatala filialında təşkil etdiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib. 
Fondun sektor müdiri Rauf Həsənov çıxışında dinamik inkişaf nəticəsində Azərbaycanın siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevrildiyini diqqətə çatdıraraq, ölkəmizin beynəlxalq aləmdə nüfuzlu və etibarlı dövlət kimi tanındığını deyib. 
Respublikamızın ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında olduğunu vurğulayan R.Həsənov Azərbaycanın qlobal təhlükəsizliyə də böyük töhfələr verdiyini söyləyb. 
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq münasibətlər və insan hüquqları şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, fondun Lektorlar Qrupunun üzvü Elşad Mirbəşir mühazirəsində xarici siyasətin prioritetlərindən söz açıb və ərazi bütövlüyünün təmin olunmasını əsas vəzifə kimi qeyd edib. Bununla paralel olaraq, Azərbaycan dünya dövlətləri ilə bərabərhüquqlu münasibətlər qurur, dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipini yürüdür. Natiq deyib ki, hazırkı mərhələdə Azərbaycan həm Avropa İttifaqı ölkələri ilə, həm də Rusiya ilə səmərəli əməkdaşlıq edir. 
E.Mirbəşir Rusiya ilə ticarət dövriyyəsinin sürətlə genişləndiyini, cənab Prezident İlham Əliyevin bu ilin əvvəlində Brüsseldə səfərdə olarkən Avropa İttifaqı rəhbərliyi ilə konstruktiv görüşlər keçirdiyini, Azərbaycanın antiterror koalisiyasında layiqincə təmsil olunduğunu, ənənəvi Bakı Forumuna ev sahibliyi edərək, paytaxtın qlobal problemlərin müzakirə oldunduğu məkana çevrildiyini, 2012-2013-cü illər üçün BMT TŞ-nin qeyri-daimi üzvü seçildiyini, regionun nəqliyyat coğrafiyasını müəyyənləşdirdiyini, İran və Rusiya ilə Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində fəal əməkdaşlıq qurduğunu, Xəzərin hüququ statusunun müəyyənləşməsi zamanı ölkənin maraqlarının tam nəzərə alındığını, Bakı-Tbilisi-Qars dəmir yol xəttinin çəkildiyini, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində rəsmi Bakının siyasi potensialının əhəmiyyətli dərəcədə gücləndiyini, dünya dövlətlərinin obyektiv mövqeyimizi dəstəklədiklərini xüsusi olaraq ­vurğulayıb. 
Çıxışlardan sonra “Dövlət müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzusunda hazırlanan videoçarx nümayiş olunub.

“Xalq qəzeti”

20 Oktyabr 2018 01:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin