Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti art­maqda davam edir. Londonun “İCE” Birjası­nın məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,38 faiz artaraq bir bareli 44,14 dollar olub.

Nyu-York Əmtəə Birjası­nın məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,2 faiz artaraq bir bareli 41,12 , Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,3 faiz artaraq bir bareli 45,10 dollar olub.

Ekspertlər bildiriblər ki, COVID-19 virusunun tüğyan etdiyi, əksər ölkələrdə iqtisadiy­yatın iflic olduğu bir dövrdə “qara qızıl”ın qiymətinin artmasına OPEC+ dövlətlərinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri səbəb olmuşdur.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

19 Noyabr 2020 00:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə