• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Liyam Foks Səudiyyə Ərəbistanına səfərdən imtina edib

Liyam Foks Səudiyyə Ərəbistanına səfərdən imtina edib

Böyük Britaniyanın ticarət naziri Liyam Foks gələn həftə Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan “Çöl Davosu” investisiya Zirvə görüşünə qatılmayacağını bildirib. Nazirin bu ölkəyə səfər etmək istəmədiyi açıqlanıb. Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Nazirin səfərdən imtina etməsi ilə bağlı açıqlama verən müşaviri deyib: “İndi tədbirdə iştirak etmək üçün uyğun zaman deyil. Böyük Britaniya hökuməti Camal Qaşıqçı məsələsinə görə çox narahatdır. Rəsmi London bu məsələnin tez bir zamanda aydınlaşdırılmasını istəyir”.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı yaranmış siyasi gərginlikdən sonra Böyük Britaniyadan başqa, ABŞ, Fransa və Niderland Krallığının da maliyyə nazirləri Zirvə görüşünə qatılmaqdan imtina ediblər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

20 Oktyabr 2018 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin