Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Almasryalyoum”: Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunda müharibənin yekunundan bəhs edib

Misirin “Almasryalyoum” qəzetinin saytında “Azərbaycan Prezidenti işğaldan azad edilmiş Cəbrayıl rayonunda müharibənin yekunundan bəhs edib” sərlövhəli material yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, yazıda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qəhrəman Ordumuzun bir gündə 70-dən çox yaşayış məntəqəsini işğaldan azad etməsi, Şuşanın alınmasından sonra Ermənistanın faktiki olaraq kapitulyasiya aktını imzalaması, Füzuli-Şuşa avtomobil yolunun çəkilməsi barədə fikirləri yer alıb.

Qəzetin materialında qeyd olunub ki, Azərbaycan Prezidenti hazırda münaqişənin siyasi mərhələsinin getdiyini, bu mərhələdə ölkəmizin istədiyinə nail olduğu və olacağını bəyan edib.

18 Noyabr 2020 09:33 - RƏSMİ XRONİKA
RƏSMİ XRONİKA

Köhnə versiyamızdan xəbərləri izlə