Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 449 Bakı şəhəri, 14 noyabr 2020-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2004-cü il 9 dekabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2004, № 12, maddə 1072; 2009, № 2, maddə 142; 2014, № 6, maddə 747; 2019, № 1, maddə 155) ilə təsdiq edilmiş “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.1. Azərbaycan Respublikasının qanunve­riciliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;”.

2. 1.12-ci bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.13 - 1.17-ci bəndlər əlavə edilsin:

“1.13. radioaktiv maddələr;

1.14. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

1.15. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

1.16. əxlaq pozğunluğunu, zorakılığı, terroriz­mi təbliğ və reklam edən materiallar;

1.17. odlu silah və onun döyüş sursatları.”.

3. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. Azərbaycan Respublikasının qanunve­riciliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;”.

4. 2.16-cı bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.17 - 2.29-cu bəndlər əlavə edilsin:

“2.17. aparılmasına və ya göndərilməsinə, gətirilməsinə və ya alınmasına Azərbaycan Res­publikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmayan zooloji kolleksiyalar, onların hissələri və ya ayrı-ayrı obyektləri, o cümlədən heyvanlar aləmi obyektləri;

2.18. radioaktiv maddələr;

2.19. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

2.20. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

2.21. əxlaq pozğunluğunu, zorakılığı, terro­rizmi təbliğ və reklam edən materiallar;

2.22. odlu silah və onun döyüş sursatları;

2.23. qiymətli ağac cinsləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmirağac);

2.24. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respub­likası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyyətinə aid informasiya sistemləri, sənədlər və arxivlər;

2.25. dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr;

2.26. xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar;

2.27. Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları;

2.28. müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı sayılan obyektlər;

2.29. xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.”.

5. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. Azərbaycan Respublikasının qanunve­riciliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;”.

6. 3.9-cu bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.10 - 3.14-cü bəndlər əlavə edilsin:

“3.10. radioaktiv maddələr;

3.11. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

3.12. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

3.13. əxlaq pozğunluğunu, zorakılığı, terro­rizmi təbliğ və reklam edən materiallar;

3.14. odlu silah və onun döyüş sursatları.”.

7. 4.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“4.1. Azərbaycan Respublikasının qanunve­riciliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;”.

8. 4.11-ci bənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.12 - 4.16-cı bəndlər əlavə edilsin:

“4.12. radioaktiv maddələr;

4.13. narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimatlar;

4.14. narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

4.15. əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

4.16. odlu silah və onun döyüş sursatları.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə