Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 448 Bakı şəhəri, 14 noyabr 2020-ci il

“Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 8 may tarixli 90-VIQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 1047 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Malların ixrac qeydi ilə satışı qaydası” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 noyabr

tarixli 448 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Malların ixrac qeydi ilə satışı

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.84-cü və 165.1.9-cu maddələrinə əsasən hazırlanmışdır və malların ixrac qeydi ilə satışı qaydasını tənzimləyir.

1.2. İxrac qeydi ilə satılan mallara Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulları aid edilir.

1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. malların ixrac qeydi ilə satışı - istehsalçılar tərəfindən malların ixrac edilməsi məqsədilə ixracatçılara bu Qayda ilə müəyyən edilmiş şərtlər daxilində satışı;

1.3.2. ixrac qeydi ilə satılan malların ixracı - gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılması.

1.4. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının digər müvafiq normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

 

2. İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya)                  dair tələblər

 

2.1. İxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair tələblər aşağıdakılardır:

2.1.1. ixrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;

2.1.2. ixrac qeydi ilə satılmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.

 

3. İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər

 

3.1. İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər aşağıdakılardır:

3.1.1. ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;

3.1.2. ixrac qeydi ilə alınmış malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətlərdə ixracının baş tutub-tutmamasından asılı olmayaraq, büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

 

4. Malların ixrac qeydi ilə satışına aid edilməyən                             şəxslər və əməliyyatlar

 

4.1. Malların ixrac qeydi ilə satışı aşağıdakı şəxslərə tətbiq edilmir:

4.1.1. müflis elan olunanlara, yaxud barələrində iflas proseduruna başlananlara, ləğv mərhələsində olan və ya fəaliyyəti dayandırılmış hüquqi şəxslərə və fərdi sahibkarlara;

4.1.2. dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olan vergi ödəyicilərinə;

4.1.3. dövlət adından yaradılan publik hüquqi şəxslərə, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlara, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus olan hüquqi şəxslərə;

4.1.4. sərbəst zonaların və xüsusi iqtisadi zonaların rezidentlərinə;

4.1.5. vergi cinayətlərinin törədilməsinə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslərə və ya onların təsis etdikləri digər hüquqi şəxslərə;

4.1.6. hasilatın pay bölgüsü haqqında sazişlərin podratçılarına və əməliyyat şirkətlərinə, həmçinin faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;

4.1.7. əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.

4.2. Malların ixrac qeydi ilə satışı ixracatçının aşağıdakı əməliyyatlarına tətbiq edilmir:

4.2.1. ölkə ərazisində istehsal edilməyən mallara;

4.2.2. tranzit xüsusi gömrük proseduru altında yerləşdirilən malların Azərbaycan Respublikasının ərazisindən çıxarılmasına;

4.2.3. sərhədyanı ticarət çərçivəsində malların satışına;

4.2.4. malların əvəzsiz (haqqı ödənilmədən) ixracına;

4.2.5. malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında yerləşdirilməsinə;

4.2.6. xaricdə emal xüsusi gömrük prosedurları çərçivəsində malların ixracına;

4.2.7. təkrar ixrac gömrük proseduru altında yerləşdirilən xarici malların ixracına;

4.2.8. malların Azərbaycan Respublikasının ərazisində yaradılmış sərbəst zonalara və xüsusi iqtisadi zonalara satışına;

4.2.9. barter əməliyyatları çərçivəsində malların ixracına;

4.2.10. sərbəst zonalarda, xüsusi iqtisadi zonalarda istehsal olunmuş malların ixracına;

4.2.11. silah ixracına;

4.2.12. bu Qaydanın qüvvəyə minməsindən əvvəl həyata keçirilən malların təqdim edilməsinə və faktiki ixrac əməliyyatlarına.

4.3. Aşağıdakı hallarda istehsalçı tərəfindən ixracatçıya malların satılması ixrac qeydi ilə satış hesab edilmir:

4.3.1 Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olmadıqda;

4.3.2. istehsalçı və ixracatçı bu Qaydanın 2-ci və 3-cü hissələrində göstərilən tələblərə cavab vermədikdə.

 

5. İxrac qeydi ilə alınan malların ixracının həyata                   keçirilməsi prosesi

 

5.1. İstehsalçı tərəfindən ixrac qeydi ilə satılacaq mallar üzrə ixracatçıya bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada “Malların ixrac qeydi ilə satış qaiməsi” təqdim edilir. “Malların ixrac qeydi ilə satış qaiməsi”nin tətbiqi, uçotu və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli  89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na müvafiq olaraq müəyyən edilir. 

5.2. “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə satışı həyata keçirilən malların kodu, adı, ölçü vahidi və miqdarı əks olunur.

5.3. “Malların ixrac qeydi ilə satış qaiməsi”ndə istehsalçı tərəfindən satılmış malların 3 (üç) ay müddətində ixrac edilməsi şərti qeyd edilir.

5.4. Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər qarşısıalınmaz hallarda 3 (üç) ay müddətinə ixrac həyata keçirilmədikdə, həmin müddət başa çatdıqdan sonra 15 (on beş) gün müddətində ixracatçının ərizəsi əsasında  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Dövlət Vergi Xidməti) tərəfindən 3 (üç)  ayadək əlavə möhlət verilir. Əlavə möhlət müddəti bu Qaydanın 5.5-5.9-cu bəndləri ilə müəyyən edilmiş inzibati icraat prosedurundan asılı olmayaraq, bu Qaydanın    5.3-cü bəndi ilə müəyyən edilmiş müddətin bitdiyi tarixdən etibarən 3 (üç) ay müddətinə məhdudlaşdırılır.

5.5. İxracatçı əlavə möhlətin müddətinin verilməsi ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun     29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada Dövlət Vergi Xidmətinə ərizə təqdim edir.

5.6. Ərizəyə bu Qaydanın 5.4-cü bəndində qeyd edilənlərlə bağlı təsdiqedici sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla əlavə olunur.

5.7. Dövlət Vergi Xidməti tərəfindən ixracatçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə 15 (on beş) iş günü müddətində baxılır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 (üç) iş günündən gec olmayaraq ərizəçiyə bildiriş təqdim edilir, sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilən bildirişdə formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. Bütün çatışmazlıqlar ixracatçıya eyni zamanda bildirilməlidir.

5.8. İxracatçı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 5 (beş) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ixracatçının müraciətindən sonra müddətin axımı bərpa olunur. İxracatçı ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda, Dövlət Vergi Xidməti ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir.

5.9. Dövlət Vergi Xidməti təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi üzrə ixracatçıya əlavə möhlət müddətinin  verilməsi barədə və ya əlavə möhlət müddətinin  verilməsindən imtina haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 (iki) iş günü müddətində ixracatçıya təqdim edir. Məlumat sifarişli poçt göndərişi vasitəsilə və ya elektron üsulla göndərilir.

5.10. İxracatçı ixrac qeydi ilə satılan malların ixrac   edilməsinə   dair                                     məlumatı malların gömrük rəsmiləşdirilməsini                      həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində bu Qaydanın               2 nömrəli əlavəsində göstərilən formada istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edir.

5.11. İxracatçı tərəfindən ixrac qeydi ilə alınan mallar bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətdə ixrac edilmədiyi və ya həmin müddətdən sonra ixrac edildiyi halda, habelə bu Qaydaların 4-cü hissəsi ilə müəyyən edilmiş şərtlərə uyğun olmadıqda ixrac qeydi ilə edilən satış malların ölkədaxili satışı hesab olunur.

5.12. İxrac qeydi ilə satılan malların bu Qaydanın 5.3-cü və 5.4-cü bəndləri ilə müəyyən olunmuş müddətdə ixracı baş tutmadığı halda, büdcə qarşısında yaranan öhdəliklər (büdcəyə ödənilməli olan vergi və gecikdirilən gün üçün hesablanmış faiz məbləğləri) istehsalçının hesabına ödənilir. İstehsalçı tərəfindən büdcə qarşısında öhdəliklərinin ödənilməsi üçün bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilmiş təminatdan (bank qarantiyası və ya depozit) istifadə edilə bilər.

 

6. Nəzarət

 

6.1 Bu Qaydanın tələblərinə əməl olunmasına nəzarət Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

“Malların ixrac qeydi ilə satışı Qaydası”na

                                                                                          

1 nömrəli  əlavə

                                             

“Malların ixrac qeydi ilə satış qaiməsi”nin forması

                                                                                                                                                                                                                    Seriya  № __________________ tarix “______” _______________ 20_________ il

 

Növü_________ düzəliş/cari  Xarakteri_____________ əməliyyatın tam/qismən ləğv edilməsi                                                                                                                                                                                                                                                 

İstehsalçı ____________________________________________________________________________________

(vergi ödəyicisinin tam adı və VÖEN-i)

 

İxracatçı _____________________________________________________________________________________ 

                                                                                                                     (vergi ödəyicisinin tam adı və VÖEN-i)

 

 

Sıra  №si

Malın

Təqdim edilmiş malın dəyəri (ƏDV-siz)

ƏDV

məbləği

(manatla)

Aksiz məbləği

(manatla)

Yekun məbləğ

(manatla)

ƏDV məbləği

daxil olmadan

kodu

adı

ölçü vahidi

miqdarı, həcmi

vahidinin buraxılış qiyməti

(manatla)

ƏDV-yə

cəlb edilən əməliyyatlar

ƏDV-yə cəlb edilməyən əməliyyatlar

ƏDV-dən azad olunan əməliyyatlar

ƏDV-yə "0"

dərəcə ilə

cəlb edilən

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

            Qeyd. İxrac qeydi ilə satılmış mallar 3 (üç) ay müddətində (əlavə möhlət verildiyi halda 6 (altı) ay müddətində) ixrac edilməlidir. Mallar

   ixracatçı tərəfindən müəyyən olunmuş müddətdə ixrac edilmədiyi və ya həmin müddətdən sonra ixrac edildiyi halda, ixrac qeydi ilə edilən

   satış malların ölkədaxili satışı hesab olunur.

 

“Malların ixrac qeydi ilə satışı Qaydası”na

                                                                                                                                                                                      2 nömrəli  əlavə

 

İxrac qeydi ilə satılan malların ixrac edilməsinə dair

 

                                                                                            M Ə L U M A T    F O R M A S I

 

             İxracatçı   ____________________________________________________________________________________________________

                                                                                                                                                                  (tam adı, VÖEN-i)

                                                                                                             

             İstehsalçı  ____________________________________________________________________________________________________

                                                                                                                                                                   (tam  adı, VÖEN-i)

 

Sıra №-si

“Malların ixrac qeydi ilə

satış qaiməsi”nin

Gömrük bəyannaməsinin

İxrac qeydi ilə satılan malların

tarixi

seriyası

nömrəsi

tarixi

nömrəsi

XİF MN kodu

adı

ölçü vahidi

miqdarı, həcmi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qeyd. Məlumat forması ixracatçı tərəfindən malların gömrük rəsmiləşdirilməsini həyata keçirdikdən sonra 1 (bir) iş günü müddətində istehsalçıya və Dövlət Vergi Xidmətinə təqdim edilir.

                                            Rəhbər              _______________

M.Y.                              Fərdi sahibkar  _______________

                                     Baş mühasib    _______________

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə