• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib

TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib

TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub.

Bu barədə Bakıda keçirilən III Avrasiya Konfransında energetika nazirinin müavini Samir Vəliyev deyib.

Nazir müavini qeyd edib ki, bu il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb.

Qeyd edək ki, bu həcmin dekabrın sonuna kimi 1 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 97 faizi başa çatıb. Boru kəməri gələn ilin birinci yarısında “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,6 milyard dollar xərclənib.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

19 Oktyabr 2018 17:39 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin