Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da iki muzey jurnalistə görə Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək

ABŞ-da iki muzey jurnalistə görə Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək

ABŞ-da Nyu-York Metropolitan Muzeyi və Bruklin Muzeyi müxalifətçi jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının maliyyəsindən imtina edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "The New York Times" qəzeti yazıb.

Qeyd edilir ki, C.Qaşıqçının itkin düşməsindən sonra yaranmış ictimai rezonans muzeylərin bir neçə tədbirdə - Bruklin Muzeyində suriyalı qaçqınlara həsr olunmuş sərgidə və Metropoliten Muzeyində Yaxın Şərq sənətinin kurasiyası haqqında seminarda Səudiyyə Ərəbistanının maliyyəsindən imtina etməsinə səbəb olub.

Bildirilir ki, bu muzey proqramları Səudiyyə Ərəbistanı hökuməti ilə bağlı qruplar tərəfindən dəstəklənirdi.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

19 Oktyabr 2018 17:34 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
16 Yanvar 2019 | 16:30
Mənbicdə partlayış
15 Yanvar 2019 | 14:00
İranda güclü qar və çovğun
11 Yanvar 2019 | 11:26
ABŞ Suriyanı tərk edir
9 Yanvar 2019 | 16:40
Almaniyada tətil gözlənilir

Ən son xəbərləri səhifəmizdən də izləyin