• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordubad rayonunda yük və sərnişin daşıma barədə yeni xəbər

Ordubad rayonunda yük və sərnişin daşıma barədə yeni xəbər

NUHÇIXAN-dan verilən xəbərə görə, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq ərazisində yerləşən Ordubad rayonunda nəqliyyat infrastrukturu diqqət mərkəzində saxlanılır. Yenilənən və müasir şərait yaradılan yolların rahatlığı yük və sərnişin daşımada problemləri xeyli yaxşılaşdırıb. Ən ucqar kəndlərə qədər uzanan rahat və təhlükəsiz avtomobil yolları buradakı həyatı da canlandırıb. Artıq Nəsirvaz, Nürgüt, Ələhi, Xurs, Tivi, Parağa, Biləv, Pəzməri, Unus, Kələki, Məzrə, Üstüpü, Çənnəb və sairə dağ kəndlərinə hər gün tərtib edilmiş qrafikə uyğun olaraq marşrut xətləri işləyir.

Ordubad Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ilin ötən ayları ərzində avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 977 min 300 ton yük, 5 milyon 930 min 200 nəfər sərnişin daşınıb…

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

19 Oktyabr 2018 17:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin