• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ mətbuatında Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunub

ABŞ mətbuatında Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunub

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfəri fonunda Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı məqalə ABŞ-da geniş oxucu kütləsinə malik, xüsusilə siyasi dairələrdə daim izlənilən “The Daily Caller” qəzetində dərc olunub.

NUHÇIXAN-ın məlumatına görə, “Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə ediləcək əsas məsələlərdən biri olduğunu yazan baş konsul sözügedən münaqişənin regionda sülhə və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayır.

N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırır və bu münaqişənin post-sovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirir. Müqayisə üçün N.Ağayev qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir…

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

19 Oktyabr 2018 17:16 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin