Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tatami ustasının səkkizinci zirvəsi

Tatami ustasının səkkizinci zirvəsi

Bu günlər Meksikanın Kankun şəhərində keçirilən veteranlar  arasında cüdo üzrə  dünya  çempionatının startı Azərbaycan təmsilçiləri üçün uğurlu olmuşdur.

Milli Cüdo  Federasiyası  mətbuat xidmətinin bu yarış barədə yaydığı xəbərdə bildirilir ki, Fərhad Rəcəbli M-6 kateqoriyası üzrə 90 kq  çəki  dərəsəcində Rusiya, ABŞ və Braziliyadan olan rəqiblərinə qalib gələrək qızıl medal  qazanmışdır. Sayt  onu  da   xatırladır ki, bu, veteranların  yarışlarında  Rəcəblinin səkkizinci çempionluğudur.

Çempionatın  ikinci günü  isə  İntiqam Ələkbərov (M1 kateqoriyası; 100 kq) qızıl, Babək Hacıyev (M3 kateqoriyası; 60 kq) və Samir  İsmayılov (M1; 81 kq) gümüş medallara sahib olaraq Rəcəblinin müvəffəqiyyətini daha da inkişaf etdirmişlər.

 

“Xalq qəzeti”

19 Oktyabr 2018 17:10 - İDMAN
İDMAN
20 Mart 2019 | 02:00
Fantastik təklif
18 Mart 2019 | 22:06
Messidən növbəti rekord
16 Mart 2019 | 23:33
Zidandan ciddi xəbərdarlıq
14 Mart 2019 | 21:47
Ronaldonun 700-cü qolu

Ən son xəbərləri səhifəmizdən də izləyin