• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Mahmud Kərimovun xatirəsi anılıb

Akademik Mahmud Kərimovun xatirəsi anılıb

AMEA-nın həqiqi və müxbir üzvləri, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşları Fəxri xiyabanda AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyi münasibətilə alimin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, akademik Mahmud Kərimov 1973-cü ildə Azərbaycan EA Fizika İnstitutunda mühəndis kimi elmi fəaliyyətə başlayıb. 1974-1984-cü illərdə Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlib və 2001-ci ildə həmin sektorun direktoru olub.

www.science.gov.az saytı yazır ki, 2001-ci ildə AMEA-nın prezidenti seçilmiş Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
 

19 Oktyabr 2018 15:49 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin