• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Akademik Mahmud Kərimovun 70 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

15-16 noyabr 2018-ci il tarixlərində Radiasiya Problemləri İnstitutunda AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyinə həsr edilən “Radiasiya prosesləri və onların tətbiqi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

www.science.gov.az saytı yazır ki, tədbirdə radiasiya materialşünaslığı, radiasiya təhlükəsizliyi, radioekologiya, radiasiya texnologiyalarının təbabət və ətraf mühit problemlərinin həllinə tətbiqi mövzularında müzakirələr aparılacaq.

Konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən məqalələr “Journal of Radiation Researches” jurnalının növbəti nömrəsində çap ediləcək. Qeydiyyatdan keçmək və məqalə göndərmək üçün son qəbul tarixi 5 noyabr 2018-ci ildir.

Tel: (+994 12) 538 32 24 (132); (+994 12) 510 05 92.

Ünvan: Bakı şəh., B.Vahabzadə 9.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

19 Oktyabr 2018 15:38 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin