• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Elmi tədqiqatların həyata keçirilməsində maraqlıyıq

Elmi tədqiqatların həyata keçirilməsində maraqlıyıq

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Avstriyanın Federal Statistika institutunun sabiq baş direktoru Piter Hakl ilə görüş keçirilib.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) təşəbbüsü ilə gerçəkləşən görüşün məqsədi ATMU tərəfindən turizm sahəsində statistik məlumatların toplanması və təhlili, elmi tədqiqatların həyata keçirilməsi imkanlarının qarşılıqlı müzakirəsindən ibarət idi.Təsadüfü deyil  ki, o cümlədən tədqiqat sahəsinin inkişafı ATMU-nun bu istiqamətdə fəaliyyəti ilə bağlı DTA-nın təklif etdiyi yeni strateji planda əksini tapıb.

Cənab P.Hakl universitetdə fəaliyyət göstərən tədqiqatçıların, eləcə də ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələrin turizm tədqiqatlarının işlənib hazırlanması prosesinə cəlb edilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Bu istiqamətdə universitetin professor-müəllim heyəti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

ATMU-nun mətbuat xidmətindən aldığımız məlumatda deyilir ki, görüşdə universitetin elm və innovasiya şöbəsinin müdiri Nəsirulla Nəsirli bildirib ki, universitetin elmi-tədqiqat potensialı sözügedən araşdırmaların aparılmasına imkan verir.

ATMU-nun rektorunun müşaviri Elvin Yusifli isə qeyd edib ki, universitet rəhbərliyi turizm sahəsində "dəlil əsaslı" dövlət siyasətinin hazırlanması və icrası prosesinə elmi-tədqiqat müstəvisində töhfə verməyə maraqlıdır.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2018 15:20 - TƏHSİL
TƏHSİL

Ən son xəbərləri səhifəmizdən də izləyin