• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU əməkdaşları EQAC layihəsi çərçivəsində tədbirdə iştirak ediblər

ATMU əməkdaşları EQAC layihəsi çərçivəsində tədbirdə iştirak ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan universitetlərində keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində təşkil olunmuş növbəti görüşdə iştirak ediblər. Tədbirdə ATMU-nun tədris işləri üzrə prorektoru İranə Əliyeva, universitet üzrə layihənin meneceri Flora Ələsgərova, keyfiyyətin təminatı üzrə mütəxəssis Simnar Mamedov, dekan Sevda Vəzirova, dekan müavini İlahə Əliyeva, tyutorlar Sara Bağırlı, Mina Bağırova və tələbə Eldar Babayev iştirak ediblər.

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən EQAC layihəsi çərçivəsində keçirilmiş görüşün məqsədi Avropa ekspertləri tərəfindən layihənin Azərbaycan üzrə tərəfdaş olan ali məktəblərinin hazırladıqları hesabatların təhlili, universitetlərdə keyfiyyətin təminatı ilə bağlı cari vəziyyətin, nəticələrin və yekun hesabatların hazırlanmasının müzakirəsi olub.

Avropanın 5 universitetinin, o cümlədən İspaniyanın Alikante Universitetinin, İngiltərənin Middlesex Universitetinin, Litvanın SMK Tətbiqi Elmlər Universitetinin və EKT Akkreditasiya Təşkilatının, İsveçin Kral Texnologiya İnstitutunun (KTH) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycanın 11 tərəfdaş universitetinin nümayəndələrinin iştirakı ilə layihə haqqında geniş məlumatlandırma günü də keçirilib. Tədbirdə EQAC layihəsi haqqında ətraflı məlumat verilib, həmçinin Avropa ekspertlərinin iştirakı ilə Azərbaycan ali təhsil müəssisələrinin Avropa Komissiyası tərəfindən maliyyələşdirilən qrant proqramlarında iştirakı ilə bağlı problemlər və onların həlli yolları müzakirə olunub, tövsiyələr verilib.

Görüş çərçivəsində Avropa universitetlərinin nümayəndələri Azərbaycan universitetlərinin nümayəndələri ilə müxtəlif mövzularda söhbətlər aparıblar. Bununla yanaşı, Avropa ali təhsil məkanında keyfiyyətin təminatı üzrə standartlar və təlimatlara (ESG) əsaslanan tapşırıqlar verilib, qruplarla iş aparılıb, müvafiq bəndlər üzrə hazırlanmış təqdimatlar birgə müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2018 13:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin