• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən kiçik ailə təsərrüfatlarına baxış olub

Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən kiçik ailə təsərrüfatlarına baxış olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını yaratmış sakinlərlə görüşüb. 

Görüşdən əvvəl S.Babayev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.

Sakinlərlə görüşdə S.Babayev Aprel döyüşləri Cocuq Mərcanlı kəndində təhlükəsiz həyatın bərpasına, kənd sakinlərinin öz yurdlarına qayıtmasına əlverişli şərait yaratdı. Dövlət başçımızın müvafiq sərəncamları əsasında qısa müddətdə Cocuq Mərcanlı yeni tikilmiş 150 evdən ibarət, uşaq bağçası, məscidi, bütün sosial infrastrukturu, daimi suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları və s. olan müasir və abad bir yaşayış məntəqəsinə çevrilib. 

Nazir Cocuq Mərcanlıda yerli əhalinin məşğulluğunun təmin olunması işlərinin aparıldığını, sakinlərin bir çoxunun burada yaradılan müəssisələrdə işlə təmin olunduğunu bildirib. Habelə onların kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışmaları, verilmiş pay torpaqlarında təsərrüfat işləri ilə məşğul olmaları üçün lazımi dəstək göstərildiyini vurğulayıb.

Kənd sakinləri Elnur Həsənov, Nəsibə Hüseynova və başqaları çıxış edərək doğma yurd yerləri olan Cocuq Mərcanlının bu gün müasir tələblərə uyğun bir yaşayış məskəninə çevrilməsi, onların qayıdaraq burada firavan həyat qurmaları, məşğulluqlarının təmin olunması, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurmaları üçün yaradılan şəraitə görə qəsəbə sakinləri adından dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra sakinlərdən Aynurə Hüseynovanın, Gülnar Həsənovanın, Vüsalə Qəhrəmanovanın, Aynurə Təbrizlinin özünüməşğulluq proqramı çərçivəsində yaradılmış fərdi təsərrüfat sahələrinə baxış olub. Proqram iştirakçıları verilmiş aktivlər hesabına qurduqları  təsərrüfatları gələcəkdə genişləndirmək üçün səylə çalışdıqlarını vurğulayıblar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2018 12:59 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin