• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Yeni bir Çanaqqaladan keçirik

Q.Paşayeva: Yeni bir Çanaqqaladan keçirik

Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunan “4-cü Qardaşlıq Mədəniyyəti” adlı ədəbi-bədii gecənin açılışında çıxış edərək, Türk dünyasının birliyi və bərabərliyinin daha da güclənməsinin vacibliyindən geniş danışıb.

Q.Paşayeva çıxışında 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin   Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Q.Paşayeva “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”-- deyib.

Qarabağ başda olmaqla Türk dünyasının yaşadığı böyük problemlərdən, Azərbaycana və qardaş Türkiyəyə qarşı böyük güclərin ikili standartlarından danışan deputat “yeni bir Çanaqqaladan keçirik”-- deyib. Çanaqqalada yüzlərlə Azərbaycan türkünün şəhid olduğunu vurğulayaraq “dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”-- deyən Q.Paşayeva bildirib ki, bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə bu gözəl bayramımızı burada birlikdə qeyd etməmiz çox önəmlidir: ”Arzu edirəm ki, gələn bayram tədbirlərimizi Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz  o gözəl torpaqlarımızda qeyd edək”.

Millət vəkili Q.Paşayeva tədbir çərçivəsində Türkiyədən, Cənubi Azərbaycandan (İran) və Türk dünyasından gəlmiş ziyalılarla da görüşüb, ortaq mədəniyyətimizin öyrənilməsinin və birliyimizin daha da gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

19 Oktyabr 2018 12:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin