Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa portalı Nəsimi festivalından yazıb

Fransa portalı Nəsimi festivalından yazıb

Fransanın “LeTelegramme” portalında Bakıda uğurla keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalına dair “Kelt lirası. “Ar Bard” qrupu ilk dəfə Azərbaycanda” adlı məqalə dərc olunub.

Məqalədə ölkəmizdə Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilmiş Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı haqqında geniş məlumat verilib.

Minillik ənənələri əks etdirən Bakı şəhərində Jülyən Küvilyenin rəhbərliyi ilə “Ar Bard” qrupunun festival çərçivəsində Elektra Hallda möhtəşəm konserti olduğu bildirilir. Qrupun Nəsimi festivalının fəxri qonağı olduğu vurğulanıb. Yaponiya, Hindistan, İraq, Finlandiya kimi dünyanın müxtəlif ölkələrinin poeziya və musiqisinin təqdim olunduğu diqqətə çatdırılıb.

 

M.MÜKLƏRRƏMOĞLU,
“Xalq qəzeti”

19 Oktyabr 2018 11:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə