• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

San-Fransisko şəhərində Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib

San-Fransisko şəhərində Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib

Kaliforniyanın San-Fransisko şəhəri və vilayətin Nəzarətçilər Şurası tərəfindən 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən və Nəzarətçilər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı yüksək dəyərləndirilir. Bildirilir ki, Azərbaycan Respublikası regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atıb.
Sənəddə şəhər sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycan xalqı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edilir.
San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

19 Oktyabr 2018 11:18 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin