• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2018-ci ilin III rübü üzrə göstəricilər

Hasilat səviyyəsinin yüksəlməsi fonunda qaz anbarlarına bu günədək 3 milyard kubmetrdən çox qaz tədarük edilmişdir

2018-ci ilin III rübü üzrə göstəricilər

SOCAR-dan aldığımız məlumatda deyilir ki, 2018-ci ilin üçüncü rübündə qazma işlərin həcmini artırmaqla, neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olunmuşdur. Rüb ərzində SOCAR üzrə hasilat 1,9 milyon ton neft və 1,67 milyard kubmetr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,5 faiz və 11 faiz  çox olmuşdur. Cari ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft və 22 milyard kubmetr təbii qaz hasil olunmuşdur. 
Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 43 faiz çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı köhnə quyular da bərpa olunur.
Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard kubmetr qaz idxal olunub, 6,48 milyard kubmetr qaz ölkədən ixrac edilmişdir. Ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə, müvafiq olaraq, 22,6 faiz və 5,8 faiz artım qeydə alınmışdır. Üçüncü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 milyard kubmetrdən çox qaz tədarük edilmişdir. 
SOCAR üzrə üçüncü rübdə xam neftin ixracı 6 milyon ton təşkil etmişdir. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artmışdır. Rüb ərzində SOCAR üzrə Azərbaycandan 465,8 min ton neft emalı və neft-kimya məhsulu ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43 faiz çoxdur. 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

18 Oktyabr 2018 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin