Ən son xəbərlər
Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 4,10 faiz artaraq bir bareli 44,64 dollar olub.
Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,55 faiz artaraq bir bareli 41,54, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 4 faiz artaraq bir bareli 44,84 dollar olub.
Ekspertlər bildiriblər ki, OPEC+ ölkələrinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri və dünyanın bir çox ölkələrində koronavirusa qarşı peyvəndlərin edilməsi dünya bazarında “qara qızıl”ın qiymətinin artmasına səbəb olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə