Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyulda 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib

İyulda 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib

Cari ilin iyul ayı ərzində 6 min 738 vergiödəyicisi qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzindən verilən məlumata görə, bunlardan 1110-u hüquqi şəxs, 5 min 628-i isə fiziki şəxsdir.

Ay ərzində qeydiyyata alınmış hüquqi şəxslərin 69,8 faizi, fiziki şəxslərin isə 1,8 faizi elektron qaydada qeydiyyatdan keçib.

Bundan başqa, ötən ay 1354 nəzarət-kassa aparatı qeydiyyata alınıb, 3 min 997 təsərrüfat subyekti isə fəaliyyətini bərpa edib. Ay ərzində 1324 təsərrüfat subyekti ləğv edilib.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

8 2018 17:04 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin