• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 460    Bakı şəhəri, 17 oktyabr 2018-ci il

 
Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarında  dəyişikliklər edilməsi barədə

“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti  QƏRARA ALIR: 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 121; 2006, № 1, maddə 59; 2009, № 1, maddə 32, № 10, maddə 846; 2010, № 1, maddə 49; 2012, № 2, maddə 183; 2013, № 6, maddə 738; 2014, № 1, maddə 69, № 2, maddə 201, № 7, maddə 925; 2016, № 4, maddə 772, № 5, maddə 955; 2017, № 3, maddə 478; 2018, № 3, maddə 624, № 8, maddə 1817) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

  1.1. 3.2-ci bəndin ikinci cümləsində “layihə və tələb olunan həcmdə texniki təhvil-təslim sənədlərini” sözləri “bu Qaydaların 3.2-1-ci bəndində göstərilən sənədləri” sözləri ilə əvəz edilsin;

  1.2. aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:

  “3.2-1. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən 150 kVt-dan yuxarı elektrik qurğularının istismarına buraxılış aktı vermək üçün texniki baxış sifarişçilərin təqdim etdiyi aşağıdakı sənədlər əsasında keçirilir:

  3.2-1.1. enerji təchizatı müəssisəsinin və ya dövlət elektroenergetika müəssisəsinin verdiyi texniki şərtlər;

  3.2-1.2. Enerji Məsələlərini Tənzimləmə Agentliyi və enerji təchizatı müəssisəsi ilə razılaşdırılmış enerji təchizatı layihəsi;

  3.2-1.3. tikinti-quraşdırma işlərini aparmış şəxslə sifarişçi arasında təhvil-təslim aktı;

  3.2-1.4. elektrik təsərrüfatına cavabdeh şəxsin təyin olunması barədə əmrin surəti;

  3.2-1.5. kontur torpaqlama müqavimətinin ölçülməsi protokolu;

  3.2-1.6. transformatorun və avadanlıqların sınaq-sazlama protokolu;

  3.2-1.7. elektrik verilişi xəttinin sınaq protokolu və qapalı işlər aktı;

  3.2-1.8. elektrik sayğacının quraşdırılması aktı.”. 

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

19 Oktyabr 2018 08:08 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin