• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 456    Bakı şəhəri, 17 oktyabr 2018-ci il

 
“Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəllə-sində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1205-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası ­Prezidentinin 2018-ci il 9 iyul tarixli 310 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1001, № 10, maddə 1295; 2016, № 2 (II kitab), maddə 355, № 9, maddə 1585; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 25 sentyabr ­tarixli 415 nömrəli qərarı) ilə təsdiq edilmiş “Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydaları”nın 1.3-cü bəndində və 2.2.3-cü yarımbəndində “və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin” sözləri “, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin və ya cəzanın çəkilməsinin təxirə salınmasının” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

19 Oktyabr 2018 08:00 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin