Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 457    Bakı şəhəri, 17 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli qərarı ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1146-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 iyul tarixli 270 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 6, maddə 590; 2010, № 4, maddə 359) ilə təsdiq edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.4.6-cı yarımbənddə “orta peşə-ixtisas və texniki-peşə təhsili” sözləri “peşə təhsili və əlavə təhsil” sözləri ilə əvəz edilsin;
2. 2.4.8-ci yarımbənddə “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

19 Oktyabr 2018 08:02 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə