Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Reyd keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Göyçay rayonu ərazisində reyd keçirilib.

Reyd zamanı Göyçay rayonu ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexlərdə icazəsiz yolla əldə edilmiş ümumilikdə 9,0 m3 həcmində fıstıq  cinsli meşə materialı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,  faktlarla bağlı sexlərin sahibləri Əfqan Rəhimov, Anar Qafurov və Vüqar Zülfüqarov barəsində akt tərtib olunub və ümumilikdə onlara meşə fonduna dəyən 1278  manat  məbləğində ziyan tətbiq edilib.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

18 Oktyabr 2018 18:07 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə