Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 449    Bakı şəhəri, 15 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin siyahısının təsdiq edilməsi barədə” 2000-ci il 3 yanvar tarixli 1 nömrəli, “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları və Şəhərsalma fəaliyyətinə, o cümlədən şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli, “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli, “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısının və məhdudiyyət müddətinin təsdiq edilməsi haqqında” 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli, “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin  və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısının  təsdiq edilməsi haqqında” 2003-cü il 15 fevral tarixli 23 nömrəli, “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 16 dekabr tarixli 393 nömrəli və “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında” 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1147-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 284 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin  etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 3 yanvar tarixli 1 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 72; 2010, № 8, maddə 763) ilə təsdiq edilmiş “İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilərin sağlamlığı haqqında tibbi arayış tələb olunan peşələrin (vəzifələrin) iş yerlərinin Siyahısı”nın 27-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli 158 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 684; 2005, № 12, maddə 1244; 2008, № 2, maddələr 116, 132, № 5, maddə 432, № 9, maddə 853; 2010, № 4, maddə 359) ilə təsdiq edilmiş “Şəhərsalma sənədlərinin tərkibi, tərtibatı, razılaşdırılması, dövlət ekspertizası aparılması və təsdiq olunması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. Qaydalara 12 nömrəli əlavə - “Şəhər (qəsəbə) yaşayış məskəninin Baş planının əsas texniki iqtisadi göstəriciləri”nin “Əhaliyə mədəni-məişət xidməti sisteminin müəssisələri” hissəsinin ikinci sətrində “Uşaq məktəbəqədər müəssisələri” sözləri “Məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
2.2. Qaydalara 13 nömrəli əlavə - “Kənd yaşayış məskəninin Baş planına əsas texniki-iqtisadi göstəriciləri”nin “Əhaliyə mədəni-məişət xidməti sisteminin müəssisələri” hissəsinin üçüncü sətrində “uşaq məktəbəqədər müəssisələri” sözləri “məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
2.3. Qaydalara 14 nömrəli əlavə - “Müfəssəl planlaşdırma layihəsinin əsas texniki-iqtisadi göstəriciləri”nin “Əhaliyə xidmət müəssisə və idarələri” hissəsinin ikinci sətrində “Uşaq məktəbəqədər müəssisələri” sözləri “Məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
2.4. Qaydalara 15 nömrəli əlavə - “Ərazinin tikinti-planlaşdırma layihəsinin əsas texniki-iqtisadi göstəriciləri”nin “Xidmət müəssisə və idarələri” hissəsinin ikinci sətrində “Uşaq məktəbəqədər müəssisələri” sözləri “Məktəbəqədər təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017, № 12 (II kitab), maddə 2550) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.4-cü bəndinin üçüncü abzasında “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli 145 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 575; 2004, № 11, maddə 966; 2008, № 2, maddə 123) ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 5-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 fevral tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 2, maddə 138; 2004, № 11, maddə 966) ilə təsdiq edilmiş “Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin Siyahısı”nın 26-cı hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 393 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1670) ilə təsdiq edilmiş “Ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində akkreditasiya olunmuş orqanlar tərəfindən yoxlanılan ölçmə vasitələrinin Siyahısı”nın 1.15-ci bəndindən “uşaq” sözü çıxarılsın.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017,  № 2, maddə 284) ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 9.1.5-ci yarımbəndində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

19 Oktyabr 2018 07:57 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə