• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı

№ 448   Bakı şəhəri, 15 oktyabr 2018-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 1993-cü il 8 yanvar tarixli 9 nömrəli, “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında” 1994-cü il 10 may tarixli 185 nömrəli, “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidmətinin Əsasnaməsi haqqında” 1994-cü il 17 may tarixli 197 nömrəli, “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” 1996-cı il 26 may tarixli 59 nömrəli və “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” 1996-cı il 29 may tarixli 61 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1147-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 284 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə - “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 36-cı hissəsinin yeddinci abzasında “uşaq müəssisələrinə” sözləri “təhsil müəssisələrinə” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 1-ci bölməsinin onuncu abzasının ikinci cümləsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 may tarixli 197 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası DİN-nin Müəssisədənkənar Mühafizə xidməti haqqında Əsasnamə”nin 23-cü hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”nın “Qeydlər”inin 17-ci hissəsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilsin.
5. “Büdcədən maliyyələşdirilən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştatı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 61 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında, 5-ci hissəsində, 6-cı hissəsinin birinci və ikinci abzaslarında, 7-ci hissəsinin birinci və dördüncü abzaslarında, 8-ci (hər iki halda) hissəsində, 9-cu hissəsinin birinci abzasında ismin müvafiq hallarında “uşaq müəssisələri” sözləri ismin müvafiq hallarında “təhsil müəssisələri” sözləri ilə əvəz edilsin;
5.2. 3-cü hissədə “uşaq müəssisəsi” sözləri “təhsil müəssisəsi” sözləri ilə və 4-cü hissənin ikinci abzasında “uşaq müəssisəsində” sözləri “təhsil müəssisəsində” sözləri ilə əvəz edilsin;
5.3. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Uşaq bağçalarının nümunəvi ştatı”nın “Qeydlər”inin 8-ci hissəsində “uşaq müəssisəsinə” sözləri “təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin;
5.4. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Körpələr evi - uşaq bağçalarının nümunəvi ştatları”nın “Qeydlər”inin 10-cu hissəsində “uşaq müəssisəsinə” sözləri “təhsil müəssisəsinə” sözləri ilə əvəz edilsin.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

19 Oktyabr 2018 07:56 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin