Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abşeron sakininin 90 illik yubileyi təntənəli qeyd olundu

Abşeron sakininin 90 illik yubileyi təntənəli qeyd olundu

Masazır qəsəbəsində rayonun uzunömürlü ağsaqallarından biri-Hacı Hacıyevin 90 illik yubileyi təntənə ilə qeyd edilib. Bu barədə “Abşeronxəbər.az” saytı məlumat yayıb.

Mərasimdə Abşeron rayon İcra Hakimiyyəti başçısının əməkdaşları, dövlət rəsmiləri, yubilyarın övladları, nəvə-nəticələri, həmyaşıdları iştirak ediblər.

Yubilyarı təbrik edən Abşeron rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov və Abşeron RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Abdullayev 4 övlad, 12 nəvə və 16 nəticə sahibi olan Hacı Hacıyevi həyatda ən şirin nemət olan cansağlığı və adları dünyanın ən uzunömürlü insanları sırasında olan 168 il ömür sürmüş Şirəli Müslümovun, 150 yaşlı Mahmud Eyvazovun, 145 yaşlı Məcid Ağayevin, 120 yaşlı Qızıl Quliyevanın rekordunu təzələməyi arzu ediblər.

Rayon rəhbərinin hədiyyəsi olaraq yubilyara rayon icra hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim edilib.

Yubiley tədbirində məlumat verilib ki, rayonun möhtərəm insanlarından biri olan H.Hacıyev 1928-ci il avqustun 3-də Ermənistanın Qaraqoyunlu mahalının Çaykənd kəndində anadan olmuşdur.H.Hacıyev 1988-ci ildə ermənilərin təcavüzü nəticəsində öz ata-baba yurdundan didərgin düşərək ailəsi ilə birlikdə Abşerona pənah gətirmişdir.

Daha sonra çıxış edənlər Hacı Hacıyevi təbrik edib, ona Ali Baş Komandan İlham Əliyevin Qarabağ müharibəsində qazanacağı Qələbəni görməyi arzulayıb.

Mərasimin sonunda çıxış edən Hacı Hacıyev bütün iştirakçılara uzunömürlülük arzulayaraq, Abşeron rayonunda yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya minnətdarlığını bildirib

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

8 2018 16:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
10 Dekabr 2018 | 16:23
Dünyanın ən yaxşı dostuna

Ən son xəbərləri səhifəmizdən də izləyin