Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası iştirakçılarına dəstək

Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan təsərrüfat sahibləri 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak edən həmkarlarına dəstək vermək üçün Bakıya gəliblər. Azərbaycan Arıçılıq Assosiasiyasının üzvləri ilə görüşən arıçılar onlarla yarmarkanın təşkili ilə bağlı fikir mübadiləsi aparıb, Kənd Təsərrüfatı Nazirliyinin bu il yarmarkanın təşkilində assosiasiyanı tərəfdaş seçməsini müsbət qarşılayıblar.

Assosiasiyanın rəhbəri Bədrəddin Həsrətov yarmarkaya qatılmayan, lakin buradakı iştirakçılara dəstək vermək üçün müxtəlif bölgələrdən Bakıya gələn arıçılara təşəkkür edib. O bildirib ki, bu il keçirilən yarmarkanın təşkilini ölkədə arıçılığın inkişafına doğru növbəti addım kimi qiymətləndirmək olar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasını arıçıların fikir mübadiləsi aparmaq, təcrübə bölüşmək üçün platforma olduğunu deyən Bədrəddin Həsrətov qeyd edib ki, Azərbaycan Arıçılar Assosiasiyası arıçıların maarifləndirilməsi işinə mühüm önəm verir.

Yarmarkadakı həmkarlarına dəstək olmaq üçün gəlmiş arıçılar görülən işləri müsbət dəyərləndiriblər. Görüşdən sonra xatirə şəkli çəkdirilib.                                        

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

18 Oktyabr 2018 17:39 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Mart 2020 | 12:44
Biz birlikdə güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə