• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cari ilin 9 ayında 44,8 min nəfər işlə təmin edilib

Cari ilin 9 ayında 44,8 min nəfər işlə təmin edilib

2018-ci ilin yanvar--sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 44,8 min nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Bu il ərzində 7 minədək işsiz vətəndaşın özünüməşğulluq proqramı çərçivəsində ailə əməyinə əsaslanan kiçik ailə təsərrüfatlarının yaradılması  planlaşdırılıb. 1 oktyabr 2018-ci il tarixə proqram üzrə təlim kurslarına 7,3 mindən çox şəxs cəlb olunub ki, onlardan bu kursları bitirərək biznes planları uğurlu hesab edilən şəxslərin öz kiçik ailə biznesini qurmaları üçün mal və materiallarla təmin olunmasına başlanılıb. 

Yanvar--sentyabr aylarında işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarının təşkili işləri davam etdirilib. Hesabat dövründə nazirliyin xətti ilə ümumilikdə 2075 nəfər (o cümlədən Dövlət Məşğulluq Xidməti tərəfindən 1923 nəfər, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən 152 nəfər) peşə hazırlığına cəlb olunub. Ödənişli ictimai işlərə cəlb olunanların sayı isə bu ilin 9 ayında 865 nəfər təşkil edib.

Qeyd olunan dövrdə dövlət məşğulluq orqanlarının təşkil etdikləri peşəyönümü tədbirlərində 79,7 min nəfər gəncə işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə məlumatlar və əmək bazarının tələblərinə uyğun düzgün peşə seçmələri məqsədilə peşəyönümü məsləhətləri verilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Oktyabr 2018 17:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin