Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin 9 ayında 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

2018-ci ilin yanvar--sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.

Həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında  stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını  əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, 5870 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən protez-ortopedik bərpa xidmətləri ilə təmin olunublar. Onlara 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib. Həmçinin Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində protezləşməyə hazırlanma, protezlə hərəkət edilmənin öyrədilməsi, skoliozlu uşaqların reabilitasiyası və s. istiqamətlərdə reabilitasiya xidmətləri göstərilib. 

 

Z.BƏŞİRQIZI,
“Xaıq qəzeti”

18 Oktyabr 2018 16:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə