Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalına dəvət alıb

Azərbaycan III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalına dəvət alıb

2019 -cu il mart ayının 3-9 tarixlərində Azərbaycan Misrdə keçiriləcək III Şarm əl-Şeyx Beynəlxalq Kino Festivalında iştirak etməyə dəvət edilib. Bu barədə Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahim mətbuata açıqlamasında bildirib.

Səfir Adil İbrahim qeyd edib ki, festival rəhbərliyi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi xidmətləri yüksək qiymətləndirərək onu fəxri qonaq qismində bu il keçiriləcək Beynəlxalq Festivala dəvət etməsini qərara almışdır.

Həmçinin cənab səfir 2015-ci ildən Şarm Əl-Şeyx və Qəbələ şəhərlərinin qardaşlaşmış səhərlər olduğunu, noyabr ayının 8-dən etibarən Şarm əl-Şeyx və Bakı arasında bir başa uçuşların təşkil ediləcəyini, habelə Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin gözə çarpan dərəcədə inkişafından məmnunluq duyduğunu bildirib.

 

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Oktyabr 2018 16:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə