Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şövkət Ələkbərova “Yaradanlar və yaşadanlar” layihəsində

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyasının "Yaradanlar və yaşadanlar" adlı verilişinin növbəti konserti Şövkət Əkəlbərovanın yaradıcılığına   həsr edilib. Konsert Mədəniyyət Nazirliyinin dəstəyi ilə, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və  Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində baş tutub.

Muğam  Mərkəzindən   bildirilib ki, gecədə Xalq artisti Aygün Bayramova -"Küsüb məndən", Əməkdar artistlər Zakir Əliyev - "Dərələr",  Almaz Orucova - "Bu dünya", Bəyimxanım Vəliyeva - "Yavaş-yavaş",  Ehtiram Hüseynov -"Gəlmədin",  Azərbaycan Televiziyası və Radiosunun solistləri - Səbinə Ərəbli -"Aldatmayaq bir-birimizi", Zabitə Əliyeva -"Güldür məni" mahnılarını ifa etmişdilər.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Konsertin son nömrəsi olan "Tövhə" mahnısı  tamaşaçılara  Bəyimxanım Vəliyeva və Aytən Məhərrəmovanın ifasında təqdim edilib. Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov idi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Oktyabr 2018 16:39 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Mart 2020 | 11:58
Vaqif Mustafazadə – 80

Köhnə versiyamızdan xəbərləri izlə