• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dostlar fəxri kürsüdə

Dostlar fəxri kürsüdə

Biz Rusiyanın Anapa şəhərində finişə çatmış yeniyetmələr arasında boks  üzrə Avropa  birinciliyində həmvətənimiz Əli Zamanovun  48 kq  çəki  dərəcəsində bütün  rəqiblərinə qalib gələrək qızıl medal qazanması haqqında məlumat vermişik.

İndi həmin xəbərə əlavə olaraq onu  da bildirmək istərdik ki,  birincilikdə daha iki  boksçumuz  fəxri kürsüyə yüksəlmişdir. Murad  Allahverdiyev də (80 kq) Zamanov kimi Avropa  birinciliyinin  qalibi  olmuş, 80 kq-dan yuxarı çəki  dərəcəsində çıxış edən Əhməd Əhmədov isə bürünc mükafat qazanmışdır.

Nəticədə Azərbaycan boksçuları Avropa çempionatından ölkəmizə 2 qızıl və 1 bürünc  medalla qayıtmışlar. Yığmamız isə komanda  hesabında  Rusiya və Bolqarıstan kollektivlərindən  sonra  üçüncü olmuşdur.

 

“Xalq qəzeti”

18 Oktyabr 2018 16:31 - İDMAN
İDMAN
20 Noyabr 2018 | 01:00
Finala bərabər oyun
19 Noyabr 2018 | 18:06
Yeddinci heç-heçə

Ən son xəbərləri səhifəmizdən də izləyin