Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 5,43 faiz artaraq bir bareli 40,03 dollar olub.

Nyu-York Əmtəə Birjası­nın məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 5,24 faiz artaraq bir bareli 38,10, Azərbaycanın “AzeriLight” mar­kalı nefinin qiyməti 5 faiz artaraq bir bareli 41,20 dollar olub.

Ekspertlər bildiriblər ki, ABŞ-dakı prezident seçkilərində qarşıdurmanın yaranması və OPEC+ dövlətlərinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri dünya bazarında “ qara qızıl”ın qiymətinin artmasına səbəb olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

4 Noyabr 2020 23:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə