Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oftalmoloqlar ADA Universitetində tibbi aksiya keçiriblər

Oftalmoloqlar ADA Universitetində tibbi aksiya keçiriblər

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası oktyabrın 18-19-da  ADA Universitetində tibbi aksiya keçirəcək.

Səyyar Klinika  ADA Universitetində 2 gün ərzində tələbələrə və müəllim heyətinə tibbi xidmət göstərəcək. Məqsəd pasientlərin səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. Lazım gəldikdə ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasientlərin isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaratmaqdır. 

Yeri gəlmişkən, xatırladaq ki,  Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi  tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütamadi olaraq paytaxtda və  respublikanın müxtəlif regionlarında pasientlərə xidmət göstərir. 2012-ci ildən bu günə qədər Səyyar Klinika tərəfindən Azərbaycan Respublikasının bir çox ali təhsil müəssisələrində və bir sıra orta məktəblərdə oftalmoloji müayinələr aparılmışdır.  Bununla yanaşı 2018-ci ildən mərkəzin Səyyar Qatarı fəaliyyətə başlamışdır.

Qeyd edək ki, ADA Universiteti (2006-cı ilin martından Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və Azərbaycan Respublikası İnformasiya Texnologiyaları Universitetinin əsasında yaradılmış təhsil ocağı) ölkəmizdə yalnız ingilis dilində təhsil verən yeganə dövlət ali təhsil müəssisəsidir. Universitetin müəllim və tələbə heyətinin 43 müxtəlif ölkədən olması ADA-da zəngin beynəlxalq mühit yaradaraq tələbələrə aparıcı dünya təcrübəsindən yararlanmaq imkanı yaradır.

Oftalmoloqlar da öz növbəsində səyyar xidmət vasitəsilə bu təhsil ocağında çalışanların və gələcəyin diplomatlarının gözlərinin sağlamlığı qeydinə qalmaq məqsədilə bu aksiyanı təşkil ediblər. Artıq müayinələrə start verilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Oktyabr 2018 15:45 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə