• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ƏƏSMN-də yubileyə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

ƏƏSMN-də yubileyə dəvət olunmuş nümayəndə heyəti ilə görüş olub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubiley tədbirində iştirak etmək üçün xarici ölkələrdən (Rusiya, Gürcüstan, Qazaxıstan, Belarus, Qırğızıstan, Ukrayna, Norveç) Azərbaycana gəlmiş nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş olub. Görüşdə təşkilatın sədr müavini polkovnik Cəlil Xəlilov da iştirak edib. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yubiley münasibəti ilə təşkilatın rəhbərliyini və ölkə veteranlarını təbrik edib, alman faşizmi üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi mühüm xidmətləri diqqətə çatdırıb. O, ölkəmizdə müharibə veteranlarına yüksək dövlət qayğısı göstərilməsi tədbirlərinə ümummilli lider Heydər Əliyev tərəfindən başlandığını, İkinci Dünya müharibəsi veteranlarının sosial müdafiəsinin gücləndirilməsinin dövlət başçısı İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

S.Babayev bildirib ki, nazirliyin xətti ilə bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlili mənzillə, 1118 nəfər şəxs minik avtomobili ilə təmin edilib. İkinci Dünya müharibəsi iştirakçılarına Azərbaycan Prezidentinin təqaüdləri ödənilir. Hazırda onların orta aylıq pensiya məbləği 400 manata yaxındır. Hər il 9 May -- Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş insanlara 1000 manat və 500 manat məbləğındə birdəfəlik maddi yardım verilir. S.Babayev həmçinin şəhid hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsi, onların birdəfəlik ödəmə (11000 manat) ilə təmin olunması sahəsində görülən tədbirlər barədə məlumat verib. 

C.Xəlilov təşkilatın fəaliyyətindən və nazirliklə qarşılıqlı əməkdaşlıqdan bəhs edib, birgə tədbirlərin önəmini diqqətə çatdırıb.

Dünya Veteranları Federasiyasının prezidenti Dan Viqqo Berqtun, Rusiya Federasiyası “Unudulmaz Yaddaş” Xeyriyyə fondunun direktoru,“Qələbə Vərəsələri” Beynəlxalq şurasının Bolqarıstan Respublikası nümayəndəliyinin sədri Skripkaraş Anjela Alekseevna, MDB ölkələri Beynəlxlaq Veteranlar İctimai Birliyinin fəxri üzvü və İcra komitəsinin üzvü Maslyuk Vladimir Solovyeviç və başqaları müharibə veteranlarının sosial müdafiəsi sahəsində Azərbaycanda aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıblar.

 

Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti”

18 Oktyabr 2018 15:35 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin