Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankı ilə birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Azərbaycandakı ofisinin rəhbəri Navid Həsən Naqvi ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, qarşıda duran planlar və strateji prioritetlər, habelə nazirliyin tabeliyində yeni “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

S. Babayev ötən dövrdə əmək, məşğulluq, sosial müdafiə sahəsində Dünya Bankı ilə nazirlik arasında konkret fəaliyyət istiqamətləri üzrə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını deyib. O, həmçinin Dünya Bankının “Azərbaycanda İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya Layihəsi”nin əhəmiyyətini diqqətə çatdırıb. Bu layihənin inklüziv iş yerlərinin yaradılması üçün imkan və çağırışların müəyyən olunmasına, iş yerləri ilə bağlı strategiyanın yaradılmasına dəstək olduğunu bildirib, eləcə də yeni Məşğulluq Strategiyasının hazırlanmasında  göstərilən dəstəyi qeyd edib. Nazir birgə işlərin müvafiq sahələrdə aparılan islahatlara uyğun yeni vacib istiqamətlər üzrə davam etdirilməsi və genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.

N.H.Naqvi Dünya Bankının İnsan Kapitalı qlobal layihəsi barədə məlumat verib. Layihədə məqsədin  inklüziv və dayanıqlı inkişafın təmin olunması üçün insan kapitalının inkişafının aktivləşdirilməsi olduğunu deyib.

O, bununla əlaqədar İnsan Kapitalı İndeksini hazırladığını, insan kapitalının formalaşdırılmasına sərmayə qoyuluşunun artırılması məqsədilə qiymətləndirmənin və təhlilin təkmilləşdirilməsində ölkələrə dəstək göstərildiyini qeyd edib.

Görüşdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti və gələcək istiqamətlərinə dair fikir mübadiləsi aparılıb, qeyd olunan layihə çərçivəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Oktyabr 2018 15:25 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə