Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə başlanılır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlər keçiriləcək.

Nazirlikdən bildirilib ki, təlimlərin təşkilində məqsəd ölkədə kibertəhlükəsizlik sahəsi üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

“Cisco” Şəbəkə Akademiyasının tədris proqramı əsasında təşkil olunacaq təlimlərə kibertəhlükəsizlik istiqamətində karyera qurmaq istəyən şəxslər qatıla bilərlər. İlk təlim “Kibertəhlükəsizliyə giriş” mövzusunu ehtiva edəcək, noyabrın 16-dan etibarən onlayn formatda və bir ay müddətində keçiriləcək.

Sonda iştirakçılar “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “Cisco” Şəbəkə Akademiyasının sertifikatlarını əldə edəcəklər. Bu link (http://bit.ly/kibertehlukesizliyegirish) vasitəsilə təlim haqqında ətraflı məlumat əldə etmək və iştirak üçün qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat noyabrın 10-da saat 23:59-da başa çatacaq.

 

3 Noyabr 2020 15:35 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə