Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Ermənistana kömək göstərməkdən yenə imtina edib

Əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.

Ermənistanın baş naziri N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar RF Xarici İşlər Nazirli­yinin bəyanatı bu barədədir.

Bəyanatda deyilir: “Ermənistan Respublikasının baş naziri N.Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciətlə Ermənistan Respublikası­nın təhlükəsizliyinin təmin edilməsi üçün Rusiya Fe­derasiyasının ona göstərə biləcəyi köməyin növünü və həcmini təyin etmək məqsədilə məsləhətləşmələrə başlamaq xahişi ilə əlaqədar Rusiya Federasiyasının Ermənistan Respublikası barəsində, o cümlədən, Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 29 avqust 1997-ci il tarix­li Müqavilədən irəli gələn müttəfiqlik öhdəliklərinə sadiq olduğunu təsdiq edi­rik. Bu Müqavilənin bir sıra maddələrində tərəflərin bir-birinin ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi yaranacağı halda konkret hərəkətlər nəzərdə tutulur”.

RF XİN-də qeyd ediblər ki, həmin Müqaviləyə müvafiq olaraq, əgər hərbi toqquşmalar bilavasitə Ermənistan ərazisinə keçərsə, onda Rusiya Yerevana hər cür zəruri kömək göstərər.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

1 Noyabr 2020 01:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə