Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 428 Bakı şəhəri, 29 oktyabr 2020-ci il

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqın­da” Azərbaycan Respublikası Prezidenti­nin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1140 nömrəli Fərmanının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası­nın Nazirlər Kabineti qərara alır:

1. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

2.1. Azərbaycan Respublikası Preziden­tinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na və bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən “Hökumət buludu”nun arxitekturasına, inkişafı (miqyaslanma) və miqrasiyanın yüksək-səviyyəli planına uyğun olaraq, “Hökumət buludu”nun Milli Data Mərkəzinin, o cümlədən “bulud” platformasının mərhələli şəkildə inkişaf etdirilməsi ilə bağlı tədbirlər görsün;

2.2. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında müəyyən edilən “Hökumət buludu”na keçid dövrünə uyğun olaraq, dövlət informasiya sistemlərinin və ehtiyatlarının onların sahibləri və ya ope­ratorları ilə birlikdə “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün;

2.3. bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında nəzərdə tutulmuş tədbirlərin mərhələli şəkildə icrasına nəzarət etsin və icranın gedişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, pub­lik hüquqi şəxslər:

3.1. informasiya sistemlərinin və ehti­yatlarının “Hökumət buludu”na keçidinin təşkil olunması istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etsinlər və “Hökumət buludu”nun operatoruna şərait yaratsınlar;

3.2. aidiyyəti informasiya sistemlərinin və ehtiyatlarının bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Keçid Planında göstərilmiş müddətlərdə “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsinlər.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə