Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya qrupları Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat yayıb

Türkiyənin Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya qrupları Ermənistanın Azərbaycana hücumlarını qınayan bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Biz Qızılcahamam Bələdiyyə Şu­rasında siyasi partiya qrupları olaraq Ermənistan silahlı qüvvələrinin 2020-ci il sent­yabrın 27-də Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçilərini ağır silahlar­la hədəfə alan hücumlarını qətiyyətlə pisləyirik.

Biz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütöv­lüyünü bərpa etməsinə və vətəndaşlarını qoruması­na yönələn hərəkətlərini dəstəkləyirik.

Otuz ilə yaxındır ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altında­dır. Bu haqsız işğala son qoy­maq üçün mübarizə aparan Azərbaycana dəstəyimiz tam və qətidir. Beynəlxalq ictimaiyyəti erməni işğalı və xain hücumlar nəticəsində zərər görən Azərbaycanın ya­nında olmağa dəvət edirik.

Fürsətdən istifadə edərək, Qızılcahamam Bələdiyyə Şurasındakı siyasi partiya­lar adından azərbaycanlı şəhid qardaşlarımıza Allah­dan rəhmət diləyir, qardaş Azərbaycana başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını arzulayırıq.

Hörmətlə,

 

Süleyman ACAR, Qızılcahamam Bələdiyyəsinin sədri, Ali İhsan ÇALIKIRANOĞLU,
Ədalət və İnkişaf Partiyası qrup rəhbərinin müavini, Murat CAN,
Milliyyətçi Hərəkat Partiyası qrup rəhbərinin müavini, Mehmet ÇAĞLAR, İYİ Partiyası qrup rəhbərinin müavini,

Türkiyə Respublikası, Ankara şəhəri”

1 Noyabr 2020 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə