Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

PREZİDENTİN KÖMƏKÇİSİ: Cenevrə görüşündən sonra Ermənistan ordusu Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonlarını ağır artilleriya və digər atıcı silahlardan atəşə tutub

Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonla­rı ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulub.

Bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayon­lar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılıb.

Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200- dən artıq mərmi atılıb.

Bu fikirləri Prezidentin köməkçisi – Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev KİV-ə açıqla­masında bildirib.

Hikmət Hacıyev deyib: “Təəssüflə qeyd etməliyik ki, Tərtər şəhəri II Dün­ya müharibəsindən sonra Avropanın ən çox bom­balar və raketlərin atıldığı şəhərlərindən biridir. Sent­yabrın 27-dən bu günə qədər Tərtər rayonuna 15 mindən artıq mərmi və raket atılıb.

Muzdlular barədə pro­paqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydur­maqdadır. Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atma­ğa çalışır.

Oktyabrın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayatlı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilib və ANAMA tərəfindən zərərsizləşdirilib. ANAMA tərəfindən bu fakt sənədləşdirilib.

2016-cı ilin Aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayo­nunun Əskipara kəndinə ağ fosfor mərmisi atıl­mışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilib.

Hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan Silahlı Qüvvələrinə qar­şı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar var”.

AZƏRTAC

1 Noyabr 2020 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə