Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin “Büro-iş” Həmkarlar Birliyi Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dair bəyanat qəbul edib

Türkiyənin “Büro-iş” Həmkarlar Birliyi Azərbaycanın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dair bəyanat qəbul edib.

Bəyanatda deyilir:

“Biz bank, sığorta və digər xidmət sek­torunda çalışan dövlət qulluqçularının Həmkarlar Birliyi olaraq daim Vətən, dövlət uğrunda mübarizə aparan, həmçinin əmək hüquqlarını qoruyan fəal və yüksək nüfuza malik müstəqil bir təşkilat kimi bildiririk ki, siz işğal altındakı torpaqlarınızı azad etməklə Ermənistana və onun havadarlarına qarşı ədalətli və şərəfli mübarizə aparırsınız.

Biz hər zaman ölkəmizin can Azərbaycanın yanında olduğunu dilə gətirməkdən şərəf duyuruq. İfadə etdiyimiz sözləri əməldə həyata keçirməyə də hər zaman hazır olduğumuzu bəyan edirik.

Hörmətlə,

Alay HAMZAÇELEBİ,
“Büro-iş” Xidmət sektorundakı dövlət qulluqçularının Həmkarlar Birliyinin sədri

Türkiyə Respublikası, Ankara şəhəri”.

1 Noyabr 2020 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə