Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi rayonunun İmamqulubəyli kənd qəbiristanlığı Ermənistan ordusunun ağır artilleriya atəşinə məruz qalıb

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Düşmənin atəşi nəticəsində yaşı yüz illərlə ölçülən tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, qəbiristanlıqlarımız da zərər görür. İşğal altında olan ərazilərimizdəki tarixi-dini abidələri məhv edən erməni vandalları dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyirlər.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müx­biri xəbər verir ki, cəbhə xəttinə yaxın məsafədə yerləşən yaşayış məntəqələrində vətəndaşlara məxsus evlər, mülki infrastruktur obyektləri ilə yanaşı, qəbiristanlıqlar da ermənilərin artilleriya atəşinə məruz qalır. Oktyabrın 31-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun yaşayış məntəqələrini artilleriya atəşinə tutub. Rayonun İmamqulubəyli kənd qəbiristanlığına mərmi düşməsi nəticəsində ona yaxın qəbir daşına ciddi ziyan dəyib.

1 Noyabr 2020 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə